Heydər Əliyev Fondu ilə Kolumbiyanın Uşaqlara Qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır

 

 

Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyada işgüzar səfərdə olmuşdur.

Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Kolumbiyanın Uşaqlara Qarşı Zorakılıqların Qarşısının Alınması üzrə Şəbəkə Fondunun prezidenti, Kolumbiya Senatının üzvü Alexandra Moreno Pirakive ilə görüşmüşdür.

Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etmişlər. Azərbaycanın nümayəndə heyəti Kolumbiya tərəfinə Heydər Əliyev Fondunun məqsəd və fəaliyyəti, həyata keçirilən xeyriyyə tədbirləri barədə ətraflı məlumat vermişdir.

Bundan əlavə, görüşdə Kolumbiya Senatında 2012-ci ilin martında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsi ilə əlaqədar bu sənədin müəllifi senator A.Moreno Pirakiveyə və Kolumbiya Senatının üzvlərinə minnətdarlıq bildirilmişdir.

Sonda Heydər Əliyev Fondu ilə Kolumbiyanın Uşaqlara qarşı zorakılıqların qarşısının alınması üzrə Şəbəkə Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun nümayəndə heyəti Kolumbiyanın xarici işlər nazirinin müavini xanım Patti Londonyo ilə də görüşmüşdür.

Görüşdə kolumbiyalı nazir müavininə Heydər Əliyevin Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, həmçinin bir sıra sosial layihələrin birgə həyata keçirilməsinə dair məsələlər müzakirə olunmuşdur.

Azərbaycanın nümayəndə heyəti Boqota şəhərinin aztəminatlı rayonundakı məktəbin fəaliyyəti və uşaqların təhsil prosesi ilə də tanış olmuşdur. Heydər Əliyev Fondu tərəfindən bu məktəbə yardım edilmişdir.

 Görüşlərdə Azərbaycanın nümayəndə heyətini ölkəmizin Meksika, eyni zamanda, Kolumbiyadakı səfiri İlqar Muxtarov müşayiət etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında