Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fiziki qüsurlu uşaqlar üçün “Qayğı” reabilitasiya mərkəzinin açılışında iştirak etmişdir

 

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 3-də Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli “Qayğı” reabilitasiya mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Mehriban xanım Əliyeva binada yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, “Qayğı” reabilitasiya mərkəzi 1952-ci ildə inşa olunmuş və Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən “Zanbaq” uşaq bağçası binasının bazasında yaradılmışdır.  Ötən ilin sonlarından yenidən qurulmasına başlanılan bağça binasının konstruksiyası dəmir-beton kəmərlərlə gücləndirilmiş, binaya 73 kvadratmetrlik tikili əlavə olunmuşdur. Ərazidə fiziki qüsurlu uşaqların müalicəsi üçün nəzərdə tutulmuş 265 kvadratmetrlik qapalı hovuz inşa olunmuşdur.

Reabilitasiya mərkəzi serebral iflic keçirmiş 30-50 uşaq üçün nəzərdə tutulmuşdur. Bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6 yaş arası uşaqlar tərbiyə və müvafiq müalicə alacaqlar. Bina içməli su, yanğından mühafizə hovuzları və 56 ədəd nəzarət kamerası ilə təchiz olunmuşdur. Mərkəzin ərazisi yaşıllaşdırılmışdır.

Birinci xanım Mehriban Əliyeva mərkəzdəki prosedur, yataq, qrup, trenajor, oyun, massaj, həkim otaqlarına baxdı, həyəti gəzdi.

Mərkəzdəki bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir. Serebral iflic xəstələri üçün nəzərdə tutulmuş xüsusi trenajorlar İtaliya istehsalıdır.

Azərbaycanın birinci xanımı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi və tövsiyələrini verdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında