Mərkəzi Bankda seminar keçirilmişdir

Mərkəzi Bankın mətbuat xidmətindən bildirmişlər ki, qurum tərəfindən "MasterCard Worldwide" beynəlxalq kart təşkilatının nümayəndələrinin iştirakı ilə ölkədə fəaliyyət göstərən və "MasterCard Worldwide"ın üzvü olan kommersiya banklarının nümayəndələri üçün seminar təşkil edilmişdir.
Tədbirdə təşkilatın Azərbaycan üzrə yeni meneceri Hakan Acar və regional direktor Mete Güney qurumun əsas fəaliyyəti, təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi və ödəniş kartları bazarında uğurlu marketinqin istiqamətləri, o cümlədən öncədən ödənilmiş kart məhsulları və kontaksız ödəmə kartları üzrə beynəlxalq təcrübə, bu sahədəki yeni texnologiyalar haqqında danışmışlar.
Seminarda, həmçinin "MasterCard Worldwide" beynəlxalq kart təşkilatının "MoneySend" pulköçürmə sistemi haqqında da iştirakçılara məlumat verilmişdir.

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında