Azərbaycanın xarici işlər naziri Polşanın ölkəmizdəki səfiri ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşmüşdür

{nl}

İyulun 15-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski ilə Azərbaycanda fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfir ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Azərbaycan-Polşa əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf etdiyini qeyd etmişdir. Səfir vurğulamışdır ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır və hər iki xalqın mənafeyinə xidmət edir. O, səfir kimi işlədiyi dövrdə iki ölkə arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini vurğulamış və gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin səviyyəsini yüksək qiymətləndirərək səfirə gələcək fəaliyyətində uğurlar arzulamışdır.
AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında