Bakıda hər 900 metrdən bir metrostansiya olacaq

 

 

Bakıda 2016-cı ilədək Xətai - Həzi Aslanov - Köhnə Günəşli - Təzə Günəşli xətti istifadəyə veriləcək. “Trend”in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

T.Əhmədovun sözlərinə görə, köçürmələrin tez aparılacağı, işlərin sürətli gedəcəyi təqdirdə, bu stansiyaların tikintisi 2016-cı ilədək yekunlaşacaq: “Əsas işlərdən biri “Həzi Aslanov” stansiyasından Köhnə Günəşli və Yeni Günəşliyə xətlərin salınmasıdır”.

“Papanin” adlanan ərazidə yeni stansiya tikiləcək, yer artıq verilib. Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında da yer verilib, orada da stansiya tikiləcək. Heydər Əliyev Sarayının arxasında stansiya tikilməsi üçün yer ayrılıb - o stansiyadan birbaşa Qış bulvarına keçid olacaq. Yeraltı keçid yerüstü parka paralellik təşkil edəcək. Sonra Beynəlxalq Dəniz Limanına, oradan Keşləyə, oradan isə Suraxanı dairəsinədək metro xətti çəkiləcək. Artıq yeni stansiyalarımız 140 metrlik, yəni 7 vaqonluq olacaq, tunellərimiz 5,5 metr deyil, 6 metrlik olacaq. Ən önəmli işlərdən biri də bunların hamısını - 19 km yol və 73 stansiyanın inşasını 2030-cu ilədək başa çatdırmaqdır. Bu, qarşıya qoyulan öhdəlikdir və yerinə yetiriləcək”.

Metropoliten rəisinin sözlərinə görə, Mıtişşi zavodundan gətirilən qatar mayın 26-na kimi istismara veriləcək: “Maşinistlər öyrənir. Biz öz kadrlarımızı göndərmirik. Maşinistlər öyrənirlər. Avtovağzal - Memar Əcəmi-2 stansiyası təhvil veriləndə həmin vaqonlardan istifadə olunacaq. Yeni vaqonlar kondisionerlə təchiz olunub, daha genişdir, paslanmayan materiallardan hazırlanıb və müasir 4-cü nəsil vaqonlardır. Gələn il ən azı 15 vaqon işləyəcək. Stansiyalar təhvil verildikcə vaqonların sayı da artacaq. Təzə vaqonlar elektrik enerjisinə qənaət edir”.

T.Əhmədov bildirib ki, Sumqayıtda və Heydər Əliyev Beynəlxalq Hava Limanına metro tikintisi nəzərdə tutulmur: “Prezidentin tapşırığı ilə Bakı şəhəri daxilində tıxacların qarşısını almaq üçün tez bir zamanda metrostansiyaların sayı artırılmalıdır. Stansiyaların layihələndirilməsində hər 900 metrdən metrostansiyanın olması nəzərdə tutulub. Bakı şəhərində olanlar hər bir yerdə metro ilə qarşılaşacaqlar. İkimərtəbəli metro da olacaq, bir-birinin altından keçən tunellər də olacaq. Bu işlərin hamısı 2030-cu ilədək başa çatdırılacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında