Həştərxanda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbirlər davam edir

 

 

 

 

Rusiya Federasiyasının Həştərxan vilayətinin Administrasiyası tərəfindən qəbul edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin qeyd olunmasına dair tədbirlər proqramı”na əsasən silsilə tədbirlər davam edir.

Nərimanov Rayon İcra Hakimiyyətindən (RİH) bildirmişlər ki, Həştərxanda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində ümummilli liderin adını daşıyan 11 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri arasında bələdçilərin müsabiqəsi keçirilir.

Məktəbin 10-11-ci sinif şagirdləri “Heydər Əliyevin həyat və fəaliyyəti”, “Azərbaycan tarixi”, “Azərbaycanın tanınmış şəxsləri” mövzularında fotosərgi üzrə ekskursiya keçirirlər. Sərgidə yuxarı sinif şagirdləri kiçik yaşlı məktəbliləri nümayiş etdirdikləri kompozisiyalarla tanış edirlər. Ekskursiya zamanı şagirdlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, habelə Azərbaycan xalqının milli adət-ənənələri haqqında maraqlı məlumatlar əldə edirlər.

Məktəbin mediatekasında Bakıya aid videogörüntülər nümayiş etdirilir. Tədbir iştirakçıları Bakının tarixi və müasir memarlıq abidələri ilə yaxından tanış olurlar.

Mayın 10-da yekunlaşacaq müsabiqənin qaliblərinə xatirə ödülləri təqdim ediləcəkdir. Tədbir yetişməkdə olan gənc nəsildə tolerantlıq, xalqlararası dostluğu və Azərbaycan xalqına hörmət hisslərini tərbiyə edir.

Məktəbdə, həmçinin ulu öndərə həsr olunmuş “dəyirmi masa”lar və diskussiyalar formatında dərslər də keçirilmişdir. Dərslərdə şagirdlər ümummilli lider Heydər Əliyevin doğulub və boya-başa çatdığı ailənin ənənələri ilə tanış olmuş, ulu öndərin həyat və fəaliyyəti haqqında maraqlı məlumatlar əldə etmişlər.

Ümummilli lider Heydər Əliyevin həyatı və ailəsi barədə nümayiş etdirilən fotosərgi uşaqların böyük marağına səbəb olmuşdur.

Dərsdənkənar tədbirlərdə nümayiş etdirilən sənədli filmlər isə şagirdlərə Əliyevlər ailəsi atmosferinin dərinliyini, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyətinin mürəkkəbliyini dərk etməyə kömək etmişdir.

Dərslər Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına, xalqlarımız arasında beynəlmiləlçilik ruhunun möhkəmləndirilməsinə xidmət edir.

Həştərxan vilayətində, həmçinin ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ibtidai sinif şagirdləri arasında “Heydər Əliyev adına 11 nömrəli məktəb - mənim sevimli məktəbimdir” mövzusunda rəsm müsabiqəsi də təşkil olunmuşdur. Tədbirdə ümummilli lider Heydər Əliyev və Azərbaycan haqqında şerlər səslənmiş, mahnılar ifa olunmuş, səhnələr nümayiş etdirilmişdir.

Müsabiqənin münsiflər heyətinə Nərimanov RİH başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri daxil olmuşlar.

Qaliblər “Ən mehriban sinif”, “Ən yaxşı yaradıcılıq işi”, “Ən gözəl orijinal kompozisiya”, “Mən rəsm çəkməyi bacarıram” nominasiyalar üzrə müəyyənləşdirilmiş və xatirə diplomları ilə təltif olunmuşlar.

Həştərxanda keçirilən tədbirlər yetişməkdə olan gənc nəslin ulu öndərin həyat və fəaliyyəti haqqında daha çox biliklər əldə etməsinə şərait yaradır, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına xidmət edir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında