Heydərabad qəsəbəsinin yeni büsatı

{nl}

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iyulun 15-də Heydərabad qəsəbəsinə gəlmiş, aparılan tikinti-quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə maraqlanmışdır.
Ötən əsrin 70-80-ci illərində ulu öndərimizin təşəbbüsü ilə salınan qəsəbə indi abad, gözəl bir yaşayış məntəqəsinə çevrilmişdir. Milli Ordumuzun əsgərləri tərəfindən ayıq-sayıq qorunan sərhəd bölgəsinin torpaqlarından indi barıt qoxusu deyil, gül-çiçək, ruzi-bərəkət ətri gəlir. Düşmənlə üz-üzə yerləşən Heydərabad qəsəbəsinin əhalisi özünün xoş, firavan günlərini yaşayır. İnsanlar qurub-yaradır, quruculuq işləri ilə məşğul olur, torpaqlarını əkib-becərirlər.
Bu gün Heydərabadda tikinti-quruculuq işləri geniş vüsət almışdır. İkimərtəbəli, dördotaqlı 16 yaşayış binasının tikintisi, ikimərtəbəli, dördotaqlı 40 yaşayış binasının yenidən qurulması davam etdirilir. İnşaat işlərini "Gəmiqaya" Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. Bu binaların hər biri bir ailə üçün nəzərdə tutulmuşdur. Hər cür rahatlığı olan bu binalar Sədərək rayonunun sakinləri, xüsusən gənc ailələrə göstərilən dövlət qayğısının əyani ifadəsidir.
Ali Məclisin sədri qəsəbədə ticarət mərkəzi və məişət evinin, kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinə də başlamaq barədə tapşırıq vermişdir.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında