Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir

 

 

Mayın 2-də Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, DGK-nın sədri Aydın Əliyev ulu öndər Heydər Əliyevin ölkəmizin gömrük sistemində əvəzsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, gömrük siyasəti daim ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasəti ilə bilavasitə bağlıdır. Son illər ərzində Azərbaycanda gömrük siyasətinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiya və sair istiqamətlərdə uğurlu addımlar atılmışdır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə müstəqil Azərbaycanın bu gün çox böyük sürətlə inkişaf etdiyini diqqətə çatdırmış, respublikamızın qlobal böhran şəraitində sürətli sosial-iqtisadi inkişafını qoruyub saxladığını qeyd etmişdir.

Sonra DGK-nın bir qrup əməkdaşı orden və medallarla təltif olunmuşlar.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən film nümayiş olunmuşdur.

'mY � niPj����:EN-US'>dəstək, təhlükəsizlik, enerji, ticarət və digər sahələrdə əməkdaşlıq üzərində qurulduğunu deyən general, aviasiya sənayesində təhlükəsizliyi təmin etmək üçün ünsiyyət, rabitə qapılarının açıq saxlanılmasının vacibliyini diqqətə çatdırdı.

 

“1938-ci il iyunun 2-də yaradılan Azərbaycanın ilk aviasiya qrupunun 75-ci ildönümünü birgə qeyd etməkdən şərəf və iftixar duyuram”, – deyən Uilyam Freyzer bu gün mülki aviasiyanın Azərbaycanda inkişaf edən sahə olduğunu, son illərdə ölkəmizdə yeni beynəlxalq hava limanlarının tikildiyini, yeni təyyarələrin alındığını vurğuladı. Qonaq qeyd etdi ki, Bakıya gələndə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikilməsinin şahidi olmuşdur və buradakı inkişaf onu valeh etmişdir. O əminliklə söyləmişdir ki, bugünkü tələbələr Azərbaycanın yeni tarixinə şərəfli səhifələr yazacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında