Ukraynada 416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olacaq

 

 

Ukraynanın Nikolayev vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Yunus Əliyevin şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan 416-cı Azərbaycan divizyasının xatirə kompleksində tikinti və abadlıq işləri sona çatmaqdadır.

Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyinin APA-ya verdiyi məlumata görə, Nikolayev şəhərində yaşayan azərbaycanlılar abidə kompleksinin önündə iməcilik keçirərək ərazidə yaşıllıq zolağı salmışlar.

Mayın 8-də  açılacaq abidə kompleksində 416-cı diviziyada döyüşən azərbaycanlıların adları, diviziyanın Mozdokdan Berlinə qədər keçdiyi döyüş yolunu əks etdirən xəritə lövhəsi, əbədi məşəl və diviziyanın təltif olunduğu orden və medalların stendi quraşdırılacaq. Kompleksin üzərində Azərbaycan bayrağı dalğalanacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında