Luis AMADO: "Avropa İttifaqının üzvü kimi Portuqaliya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir"

{nl}

İyulun 15-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Portuqaliyanın xarici işlər naziri Luis Amado ilə görüşmüşdür.
Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunmuş məsələlər haqqında məlumat vermişlər.
E.Məmmədyarov bildirmişdir ki, bu səfər Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlığa böyük imkan yaradacaqdır. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə portuqaliyalı qonağa məlumat verilmiş, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyü vurğulanmışdır.
Bundan əlavə, görüşdə Azərbaycan ilə Portuqaliya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında iki sənəd imzalanmışdır.
Portuqaliyanın xarici işlər naziri qeyd etmişdir ki, region çox dinamik inkişaf yolundadır. Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsündə fəal iştirak edir. Avropa İttifaqının üzvü kimi Portuqaliya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Portuqaliyanın mövqeyinin Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayan L.Amado bildirmişdir: "Biz ATƏT-in Minsk qrupunun problemin həlli ilə bağlı gördüyü tədbirləri də dəstəkləyirik. Regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirik".
Nazir Elmar Məmmədyarov iyulun 16-17-də Almatıda keçiriləcək ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə toxunaraq bildirmişdir ki, tədbir çərçivəsində ermənistanlı həmkarı Edvard Nalbandyan ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaqdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirak edəcəkləri görüşdə yenilənmiş Madrid prinsipləri ətrafında fikir mübadiləsi aparılacaqdır.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında