“Azərbaycan Türkiyə əlaqələrinin inkişafında TRT-nin rolu” mövzusu müzakirə olunmuşdur

 

 

 Aprelin 30-da Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında TRT-nin rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Tədbiri gırış sözü ilə açan AJQA-nın prezidenti Sevil Yusifova iki qardaş dövlət arasında əlaqələrin daha da güclənməsindən söhbət açmışdır.

S.Yusifova bildirmişdir ki, qardaşlıq nümunəsi olaraq Xocalı faciəsinin 20 illiyi münasibətilə “Hər birimiz Xocalılıyıq” şüarını minlərlə türkün dilindən eşitdik. Bu tədbirlərə məhz TRT ailəsi daha diqqətlə yanaşmış və bir çox aksiyalar birbaşa yayımla dünya ictimaiyyətinə çatdırılmışdır.

Türkiyənin TRT (Türkiye Radyo Televizyon Kurumu) teleradioşirkətinin baş direktoru İbrahim Şahin təmsil etdiyi qurumda  Azərbaycan ilə bağlı həyata keçirilən layihələrdən söz açmışdır.

İbrahim Şahin qeyd etmişdir ki, TRT-nin reytinq qazanmış proqramlarında Qarabağ məsələsi və Azərbaycanın tarixi və mədəniyyəti tez-tez işıqlandırılır.

Tədbirdə  “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə , əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının bədii rəhbəri Etibar Babayev və başqaları mövzu ilə bağlı çıxış etmişlər.

Sonda Xocalı faciəsi və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına və bu sahədə gördüyü işlərə, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı xidmətlərinə görə İbrahim Şahin AJQA-nın xüsusi mükafatı olan “Media ulduzu” ilə təltif olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında