Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdırılacaq

 

 

Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq Amerikanın “Kinemetrics” şirkətinin nümayəndələri Bakıya gəlmişlər.

Bu barədə APA-ya AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat vermişdir.

Onun sözlərinə görə, bir həftə davam edəcək səfər müddətində “Kinemetrics” şirkətinin əməkdaşları ARDNŞ-nın, “Xəzərdənizneftqaz” Layihə İnstitutunun, Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndələri və stansiyaları quraşdıracaq dalğıclarla müzakirələr aparacaqlar: “Sualtı stansiyaların layihələndirməsi artıq başa çatmaq üzrədir. Sualtı stansiyalar payıza qədər quraşdırılacaq”.

Q. Yetirmişli demişdir ki, stansiyaların təhlükəsizliyi tam təmin olunacaq. Stansiyalar dənizin dibində, ötürücülər isə platformada qurulacaq.

Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyaların quraşdırılması üçün Amerikanın “Kinemetrics” şirkəti ilə müqavilə 2011-ci ildə bağlanılmışdır. Stansiyalar “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırılacaq. Bu, MDB məkanında quraşdırılacaq ilk sualtı stansiyalar olacaq. Ümumiyyətlə, Xəzərin Azərbaycan sektorunda, İrandan tutmuş Rusiya ilə sərhədə qədər 10 sualtı seysmik stansiyanın quraşdırılacağı gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında