Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır

 

 

Aprelin 30-da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (ARDMAA) arasında Anlaşma Memorandumu imzalanmışdır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirilən görüşdə ARDMAA-nın direktoru Fuad Quliyev qurumun fəaliyyəti və bugünkü inkişafından danışaraq, ölkəmizdə aviasiya sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı barədə məlumat vermişdir.

İATA-nın baş direktoru və baş icraçı direktoru Toni Tayler isə öz növbəsində dövlətimizin başçısı tərəfindən qəbul olunmağından məmnunluğunu vurğulayaraq bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin nəinki ölkə aviasiyası, hətta dünya aviasiyası haqqındakı marağı, məlumatı məni heyran etmişdir. Prezident İlham Əliyev Azərbaycan Mülki Aviasiyasının qeyri-adi perspektiv inkişafı barədə çox gözəl sözlər söyləmişdir.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin son illərdə qazandığı uğurları yüksək qiymətləndirən T.Tayler, bunun gələcək nailiyyətlərə geniş zəmin yaratdığını vurğulamışdır. 

Sonra İATA ilə ARDMAA arasında Anlaşma memorandumu imzalanmışdır.

Anlaşma Memorandumu əsasən, tərəflər IATA-nın hazırladığı proqramlara uyğun olaraq aviasiya istismarçılarının auditinin keçirilməsi yolu ilə uçuşların və aviasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi, beynəlxalq hava nəqliyyatı sahəsində istifadə oluna bilən, habelə “StB” proqramı ilə əlaqəli yeni texnologiyaların tətbiqi, hava limanları infrastrukturunun və sistemlərin təkmilləşdirilməsi, hava nəqliyyatı və daşıma proqnozlarına dair məlumatların mübadiləsi, aviasiya heyətinin hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən İATA-nın hazırladığı tədris proqramlarının Azərbaycanın Milli Aviasiya Akademiyası tərəfindən geniş tətbiqi və s. istiqamətlər üzrə sıx əməkdaşlıq edəcəklər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında