TRT Azərbaycan peykinin xidmətlərindən istifadədə maraqlıdır

 

 

Aprelin 30-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Türkiyənin TRT (Türkiye Radyo Televizyon Kurumu) teleradioşirkətinin baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin radio-televiziya yayımları istiqaməti üzrə fəaliyyətindən, o cümlədən bu sahədə yeni rəqəmli texnologiyaların tətbiqi ilə bağlı görülən tədbirlərdən söz açan nazir Əli Abbasov TRT-nin Azərbaycan ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir. Radio və televiziya yayım xidmətlərinin keyfiyyətinin yüksəldilməsində peyklərin roluna toxunan nazir Azərbaycanın “Azerspace-1”  ilk telekommunikasiya peykinin əhatə zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinin daxil olduğunu, milli peykimizin səs, verilənlər, internet, televiziya və radio yayım xidmətləri göstərəcəyini, eyni zamanda TRT-nin də bu imkanlardan yararlana biləcəyini vurğulamışdır.

TRT teleradio şirkətinin 15 televiziya kanalına malik olduğunu bildirən baş direktor ilkin mərhələdə quruma məxsus 3-4 telekanalın yayımının təşkilinin “Azerspace-1” vasitəsi ilə mümkünlüyünü qeyd etmişdir.

 Görüşdə genişzolaqlı internet xidmətlərinin yaratdığı imkanlar, ciddi rəqabət mühitində radio-televiziya və internet televiziyaya maraq, eyni zamanda radio-TV yayımı üzrə peşəkar kadr hazırlığı, bu sahədə təcrübə mübadiləsi, internet üzərindən aparılan təhsil və yeni imkanlar ətrafında müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında