Məğrur, yaraşıqlı...İsmayıllı

 

 

 

Qələmi əlimə alanda bilirdim ki, İsmayıllı haqqında bu yazımı Ruşan kəndində keçirilən gюrüşdən aldığım təəssüratla başlayacağam. Sюzün açığı, bu gюrüş, sadə insanlarla olan ünsiyyət məndə elə bir təəssürat yaratmışdı ki, onu qələmə almaq, sizi inandırım, çox çətindir.

Kaş buraya toplaşan insanların icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovu necə qarşıladıqlarını юz gюzlərinizlə gюrəydiniz. Onlar elə bil юz doğma, əziz adamları ilə gюrüşürdülər. Bu gюrüşdə çox adam danışdı, fikir sюylədi, təklifini dedi. Sanki ən yaxın adamlarına evlərinin sirrini açırdılar, dərdlərini danışırdılar.

Diqqətlə qulaq asırdım. Nə gizlədim, bu münasibət məndə xoş təəssürat yaradırdı. Rayon polis şюbəsinin rəisi, polkovnik Nizami Qocayevin dediyi sюzləri xatırlayıram: “Mirdaməd müəllimi hər yerdə bax, belə qarşılayırlar. Ata kimi, qardaş kimi, dost kimi...”

Düz sюzə nə deyəsən. Bu gün İsmayıllıda kimi dindirsən, üzünə xoş bir təbəssüm qonur. “Biz dюvləti, dюvlətçiliyi sevən insanlarıq, - deyirlər, - İndi İsmayıllıda hara gedirsən, bir yeniliyin şahidi olursan”.

İsmayıllıların sюzlərinə qüvvət. Təkcə son səfərimdə üç təməlqoymanın şahidi olmuşam. Birini deyim, siz də bilin. Sentyabr ayında təhvil veriləcək uşaq bağçasının layihəsinə baxanda heyrətlənirsən. Müasir üslubda, gюzəl, yaraşıqlı... Hər cür şəraiti var. Sюz - sюzdür. Açılışına sizləri də dəvət edirik. Gəlib gюrərsiniz. Çox da uzağa getməyək. Uğurları, gюrülən işləri sayım, siz də bilin. Bilin ki, az müddət ərzində dağı dağ üstə qoymaq olar. Rüb ərzində 23 milyon 607 min manat məbləğində ümumi məhsul istehsal olunub. Bu, əvvəlki ilin eyni dюvrünə nisbətən 5 milyon 344 min manat artıqdır. Bir işçiyə hesablanan nominal orta aylıq əmək haqqı 2012-ci ilin eyni dюvrü ilə  müqayisədə artaraq 240 manata çatıb. Əhaliyə 4 milyon 553 min manatlıq pullu xidmət gюstərilib. Pərakəndə əmtəə dюvriyyəsi 20 milyon 748 min manat olub ki, bu da 2012-ci ilin müvafiq dюvrü ilə müqayisədə 1,5 faiz artıqdır.

Rayonda aparılan tikinti, abadlıq və quruculuq işləri o qədər çoxdur ki, bu, ayrıca bir yazı mюvzusudur. Amma qoy bəzilərini sayım. Gюrün ki, necə bюyük işlər gюrülüb. “Milli Su təchizatı və Kanalizasiya Xidmətləri Üzrə İkinci Layihə”  çərçivəsində İsmayıllı şəhərinin su və kanalizasiya sisteminin, rayon mərkəzi xəstəxanasının yenidən qurulması, təmizləyici qurğunun tikintisi, şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün yeraltı qaz xətlərinin dəyişdirilməsi,  Basqal qəsəbəsi və ətraf yaşayış məntəqələrinin qazlaşdırılması üçün daşıyıcı qaz xəttinin çəkilməsi, Dünya Bankının vəsaiti hesabına Lahıc qəsəbəsində və İvanovka kəndində 35 yerlik sahə xəstəxanalarının, Tircan və Topçu kəndlərində həkim məntəqəsi binalarının, “Cavanşir Qala” mehmanxana kompleksinin, İvanovka kəndində çюrək və Hacıhətəmli kəndində şərab emalı zavodlarının, Xəlilli kəndində illik istehsal gücü 24 min ton olan taxıl terminalı, Sumağalı kəndi ərazisində Gюyçay çayı hюvzəsində 4 meqavatt gücündə 2 su elektrik stansiyasının, məcburi kюçkünlər üçün 45 yaşayış evindən və müvafiq sosial obyektlərdən ibarət qəsəbənin tikintisi işləri davam etdirilib, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, hər biri 150 nəfərlik 2 xeyir-şər evinin, 40 və 140 yerlik 2 uşaq bağçasının, Nizami Gəncəvi küçəsində istismar müddətini bitirmiş 16 ikimərtəbəli  kommunal yaşayış binalarının kюçürülməsi məqsədilə beşmərtəbəli yaşayış binasının tikintisi, şəhərin elektrik enerjisi təsərrüfatının, Heydər Əliyev prospektində, Nizami Gəncəvi, Rəşid Mahmudov küçələrində  piyada səkilərinin və  işıqlandırma sisteminin, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Uşaq Kitabxanasının, M.F.Axundov küçəsində yaşayış binalarının dam юrtüyünün və fasadının   yenidən qurulması işlərinə başlanılıb.

İsmayıllı kənd təsərrüfatı rayonudur və bu sahədə qazanılan uğurları sadalamamaq mümkün deyil. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 8 milyon 104 min manat olub. Bu da əvvəlki ilin eyni dюvrü ilə müqayisədə 2,2 faiz çoxdur. Rayonda 2013-cü ilin məhsulu üçün əkilən 28638 hektar payızlıq taxıl bitkisi sahələrində normal bitiş alınıb.

İribuynuzlu mal-qaranın baş sayı 51 min 87 başa, xırda buynuzlu heyvanlar 177 min 678 başa çatdırılıb, 1293 ton ət, 8439 ton süd, 2 milyon 460 min ədəd yumurta istehsal olunub.

Onsuz da yaşıllığa bürünmüş İsmayıllıda ulu юndər Heydər Əliyevin 90 illik yubleyi ilə əlaqədar Peşə Tədris Mərkəzinin həyətində 90 ağac, ərazi nümayəndəliklərində isə 950 ağac əkilməsi təmin edilib. İsmayıllı-Muğanlı magistral yolunun kənarında minə yaxın ağac əkilib.

Xəlilli kəndində tikilmiş tutumu 24 min ton olan taxıl terminalı cari mюvsümdə fəaliyyətə başlayacaqdır. “İlkin-3” quşçuluq fabrikinin ikinci sexində tikinti-quraşdırma işləri başa çatdırılıb, 4 sexdə isə tikinti işləri davam etdirilir. Keyvəndi kəndində min başlıq heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Kürdmaşı kəndində “AKA QRUP” şirkəti tərəfindən müasir heyvandarlıq kompleksinin və istixana təsərrüfatının yaradılması nəzərdə tutulub. Eləcə də 80 hektar sahədə pilot suvarma sisteminin tətbiq olunması işləri aparılır. Gюrülən işlər yaxın vaxtlarda kənd təsərrüfatının daha yüksək templə inkişafı üçün mюhkəm zəmin yaradır.

Rayonda sənayenin inkişafı üçün əsaslı tədbirlər həyata keçirilir. İsmayıllı şəhərində Bakı Tikiş Evinin filialının yaradılması üçün hazırlıq işləri gюrülür. Filialda 60 nəfərə yaxın vətəndaş işlə təmin olunacaqdır. İşə qəbul olunacaq işçilər  üçün  Peşə Tədris Mərkəzində  seçim və peşə hazırlığı kursları təşkil olunub. İvanovka kəndində sutkalıq istehsal gücü 18 ton olan çюrək zavodunda son tamamlama işləri aparılır. Kürdmaşı kəndində istehsal gücü 5000 ton olan “Şərab-1”  zavodunda bərpa işləri başa çatdırılıb. May ayında bu müəssisənin işə başlaması gюzlənilir. İsmayıllı şəhərində kompyuter avadanlıqlarının yığılması müəssisəsinin yaradılması üçün də hazırlıq işləri gюrülür. Hazırda kompyuter avadanlıqlarına texniki xidmət servisi yaradılıb.  

 Kompyuterdən sюz düşmüşkən bir məsələ yaddan çıxmamış qeyd edim ki, hansı kənddə gюrüşdə olmuşuqsa, ilk əvvəl rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov üzünü rayon təhsil şюbəsinin müdirinə tutub: “Məktəbdə neçə şagirdə bir kompyuter düşür?”

Ürəyi istəyən cavabı almayanda onun təəssüflə dediyi sюzləri xatırlayıram: “Bəs indiyədək hara baxmısınız. Axı zəmanə dəyişib. Kюhnə təfəkkürlə yaşamaq olmaz. Cənab Prezident 2013-cü ili “İnformasiya texnologiyaları ili” elan edib. Belə bir vaxtda biz əlimizi əlimizin üstünə qoyub necə sakit otura bilərik”.

Bax, bu sюzləri deyən zaman icra başçısının ürəkdən gələn yanğısını hiss etmək o qədər də çətin deyil. Hamı yaxşı bilir ki, Mirdaməd müəllim bюyük ziyalıdır, alimdir. Onun üçün savadlı, bacarıqlı, dюvlətini, Vətənini sevən kadrların yetişməsindən qiymətli heç nə yoxdur.

Sюhbət zamanı Mirdaməd müəllim təəssüflə qeyd etdi ki, mədəni-maarif müəssisələrinin işi qənaətbəxş deyil. Sonra isə əlavə etdi. “Gəlin tələsməyək, - dedi, - bu sahədə də bюyük işlərimiz olacaq. Heydər Əliyev Mərkəzi yaradılıb. Mədəniyyət evləri, klublar mərkəzin tabeliyinə verilib. Artıq rayon mədəniyyət mərkəzinin yenidən qurulmasına və bir sıra mədəniyyət obyektlərinin əsaslı təmirinə başlanılıb. Sağlıq olsun, hələ çox gюzəl tədbirlərin şahidi olacağıq”.

Mirdaməd Sadıqov danışdıqca gюzümüzün qabağında tamam başqa bir İsmayıllı canlanır. İnsanları kimi məğrur, yaraşıqlı, hamını heyran qoyacaq İsmayıllı... Sağlıq olsun!  

İlqar HƏSƏNOV,

 “Xalq qəzeti”nin  bюlgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında