Azərbaycan istehsal etdiyi əl pulemyotunu ilk dəfə beynəlxalq sərgidə nümayiş etdirəcək

 

 

Müdafiə Sənayesi Nazirliyi (MSN) mayın 7-dən 10-dək İstanbulda keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində yerli müəssisələrdə istehsal edilmiş müxtəlif silahlarla yanaşı, iki fərqli modeldə əl pulemyotunu da nümayiş etdirəcək.

MSN-dən APA-ya verilən məlumata görə, bunlardan biri hazırda Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer alan UP-7.62, digəri isə yerli mühəndislər tərəfindən ötən il yaradılmış, hazırda test mərhələsində olan HP-7.62 pulemyotlarıdır. UP-7.62 pulemyotu ilk dəfə 2011-ci ilin may ayında İDEF sərgisində nümayiş etdirilib. HP-7.62 pulemyotu isə beynəlxalq hərbi sərgiyə ilk dəfə çıxarılır.

7.62x54 mm çaplı UP-7.62 (Universal Pulemyot) ümumqoşun istifadəsi üçün hazırlanıb. Keçmiş SSRİ istehsalı olan “Kalaşnikov” pulemyotunun (PK) müasirləşdirilmiş formasıdır. Bu pulemyot 100 və 200 patron tutumlu sandıqçaya malikdir, optik görmə sistemləri yerləşdirmək üçün xüsusi relslə təchiz olunub. Dəqiqədə 650 atış imkanına malik UP-nin çəkisi 7,5 kq-dır. Optik nişangahın köməyi ilə 1500 metr məsafədə hədəfləri məhv etmək mümkündür.

Yerli mühəndislər tərəfindən yaradılmış 7,62x54 mm çaplı HP (Hücum Pulemyotu) xüsusi təyinatlı qüvvələr və kəşfiyyatçılar üçün nəzərdə tutulur. Xarici dizaynına görə ordunun silahlanmasındakı mövcud “Kalaşnikov” pulemyotlarından tamamilə fərqlənir. Pulemyotun lüləsi nisbətən qısadır. Lülə qutusu qapağında və yanlardakı Piccatini relsi silahın üzərinə kollimator, lazer tuşlayıcı və digər aksessuarlar əlavə etməyə imkan verir. HP-nin atış məsafəsi 1000 metr, çəkisi 7-kq, uzunluğu 1080 mm-dir.

Qeyd edək ki, sərgidə MSN 7.62 mm çaplı “Yalquzaq” snayper tüfəngini də ilk dəfə nümayiş etdirəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında