Qayda-qanunun keşiyində

 

 

Sumqayıt şəhər polisinin fəaliyyəti respublika Daxili İşlər Nazirliyi tərəfindən daim diqqət mərkəzindədir. 7 dekabr 2012-ci il tarixdən başlayaraq, Sumqayıt Şəhər Polis İdarəsində yeni bir fəaliyyət dövrü başlandı.

 Belə ki, şəhər polis idarəsinə rəis təyin edilən general-mayor Sahib Mirzəyevin ilk gündən atdığı məqsədyönlü addımlar onu göstərdi ki, bu vətənpərvər Azərbaycan oğlu yüksək biliyə, təcrübəyə, böyük peşə hazırlığına, çevik, bacarıqlı idarəetmə qabiliyyətinə, həm də yüksək insani keyfiyyətlərə malik olan qanun və asayiş keşikçisidir.

O, rəhbərlik etdiyi şəxsi heyəti nümunəvi xidmətə səfərbər edərək qayda və qanunların qorunmasında polisin gecə-gündüz fasiləsiz işləməsini təmin etmişdir. Bu baxımdan şəhərdə narkotika ilə mübarizə işi güclənmiş, mütəşəkkil cinayətkar dəstələr aradan götürülmüşdür. Oğurluq, quldurluq hallarının qarşısı alınmış, asayişin təmin olunmasına diqqət artırılmışdır. Bu tədbirləri Sumqayıt şəhər əhalisi ilə bərabər, şəhərdə və ətraflarda məskunlaşan minlərlə məcburi köçkün də rəğbətlə qarşılayırıq. Onlar əmindirlər ki, təhlükəsizlikləri etibarlı əllərdədir.

Bütün bunlara görə biz məcburi köçkünlər Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyinə, əməkdaşlarına öz minnətdarlığımızı bildiririk.

Sumqayıtda məskunlaşan məcburi köçkünlər adından: Varaşil MƏMMƏDOV, əməkdar müəllim


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında