Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur

 

 

Ölkəmizdə səfərdə olan Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin rəhbəri Alixan Baymenov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki 1 nömrəli Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Dövlət Agentliyindən bildirmişlər ki, qurumun sədri İnam Kərimov qonağa 1 nömrəli Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlarına dair geniş məlumat vermişdir. Bildirilmişdir ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanışlıqdan sonra qonaq əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmişdir. Mərkəzlə tanışlığın onda xoş təəssüratlar yaratdığını qeyd edən Alixan Baymenov “ASAN xidmət” əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında