Şriftin ölçüsü:
27.04.2013 11:22 | Oxunma sayı: 2145
“May Sevincləri” isə
Jeep “Cherokee Sport”la gəlir
Son illər lotereya bazarına yeni layihələrin çıxarılması xoş ənənəyə çevrilmişdir. Hazırda lotereyalar sırasına daha biri də əlavə olunur. May ayında “May Sevincləri” lotereyası çoxsaylı uduşlar və Jeep “Cherokee Sport” avtomobili ilə neçə-neçə ailəyə sevinc gətirəcək. Bu lotereyanın şərtlərinə nəzər salsaq görərik ki, “May Sevincləri” tək uduşlarla deyil, sadəliyi ilə diqqəti cəlb edir.
Belə ki, birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ikinci turda hər hansı ikisi, üçüncü turda hər hansı üçü, dördüncü turda hər hansı dördü və beşinci turda beş üfüqi sırası tam dolmuş biletlər uduşlu sayılırlar. Pul uduşları bununla bitmir. Beşinci turda 54 gediş bitənədək pul uduşları davam edir. İştirakçıları əsas oyundan əvvəl və sonra həvəsləndirici adlanan və əslində möhtəşəm turlar gözləyir. Əsas oyun başlanmazdan əvvəl biletin seriya nömrəsi ilə 100 faiz uduşlu Jeep “Cherokee Sport” avtomobili oynanılır. Lotereya həvəskarları “100 faiz uduşlu” anlayışının nə olduğunu yaxşı bilirlər. Uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar yenidən lototrona qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. Əsas oyun başa çatdıqdan sonra da uduş imkanı tükənmir və biletin seriya nömrəsi ilə, yenə də 100 faiz uduşlu, KIA “Rio” avtomobili oynanılır. Aprel ayının sonlarına yaxın “May Sevincləri” lotereya biletlərinin satışı başlayır.
Təbii ki, yeni maraqlı layihələr, uduşlar lotereyasevərlərin ürəyincədir. Stabil olaraq uduşlarla yadda qalan “Binqo” lotereyasının 112-ci və 115-ci tirajları Cəlilabad şəhər sakinləri Şahbazov Ayaz Zülfiqar oğlu və Quliyev Səbuhi Niyazi oğlu hərəyə bir Chevrolet “Aveo” avtomobili uddular. Bu lotereyadan daha bir Chevrolet “Aveo” Bakı şəhəri Zığ qəsəbə sakini Zülfüqarov Samir Müseyib oğluna qismət oldu.
“Klassik loto” lotereyası da həmişəki kimi öz sadiq iştirakçılarına sevinc bəxş etməkdə davam edir. Son həftələrdə bu lotereyanın daha üç iştirakçısı, Kürdəmir sakini Məmmədov Fariz Rəşid oğlu, Hümmətov İqbal Böyükxan oğlu və Fərhadlı Kahin Arzu oğlu Nissan “Sunny” avtomobillərinə sahib oldular. Lotereya bazarına cari ilin əvvəlindən daxil olsa da artıq kifayət qədər populyarlıq qazanan “Qızıl onluq” lotereyası da iştirakçılarını uduşsuz qoymayıb. Kürdəmirdən Əliyev Səməndər Sabir oğlu, Bakının Qobustan qəsəbəsindən İsmayılov Aydın Rafael oğlu, Goranboy rayon sakini Rüstəmov Şubay Əmrah oğlu “Kia Rio” avtomobillərini məhz bu lotereyadan qazandılar. www.azerlotereya.com saytına baxsaq görərik ki, məsələn, “5/36” lotereyasının cari ilin əvvəlindən bu günə qədər keçirilən 96 tirajının (on minlərlə irili-xırdalı uduşları nəzərə almadan) 32-də iştirakçılar 5 rəqəm kombinasiyasını düzgün müəyyənləşdiriblər və onların hamısı “Cek Pot”u uda bilməsələr də müxtəlif məbləğlərdə uduşlara sahib olublar. 658-ci tirajda isə 105 747 №-li bilet öz sahibini, Ağdam rayon sakini, məcburi köçkün Rüstəmov Fərrux Məhərrəm oğlunu 55240 manat uduşla sevindirdi. “5/36” lotereyasının yeni “Cek Pot”unun məbləği artdıqca iştirakçıların uduş iddiaları da başlanır. Tovuz rayon sakini Həsənov İlqar Nizaməddin oğlu 667-ci tirajda bu uduşun bir addımlığına qədər çatsa da 3400 manatla kifayətlənməli oldu. Lənkəran rayonu Xanbulaq kənd sakini Muradov Abuzər Salamat oğlu da “Cek Pot”a yaxınlaşsa da 3300 manat uddu. “Cek Pot”ların məbləğləri artdıqca iştirakçıların da həyəcanı artır. İlin əvvəlindən 149740 manat məbləğində rekord uduşla yaddaşlarda qalan “6/40” lotereyasının növbəti ”Cek Pot”u qısa vaxt ərzində 100 000 manatlıq həddi keçməkdədir. Nəzərə alsaq ki, əsas uduşlar “Qızıl onluq” lotereyasında 150 000, “Binqo” və “Klassik loto”da isə 160 000 manatlıq həddi aşıblar, “May Sevincləri”nin tirajınadək biz rekord uduşları gözləyə bilərik. Hər kəsə rekord uduşlar arzu edirik.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.