Nəsimi rayonunda Çernobıl qəzasının ildönümü qeyd olundu

 

 

Hər il  aprelin 26-da tarixdə ən  dəhşətli texnogen faciələrdən  olan Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın  ildönümü qeyd  olunur.

Çernobıl  qəzasının ildönümü  ilə əlaqədar  Nəsimi Rayon İcra Hakimiyyətində  qəzanın  aradan  qaldırılmasında iştirak  etmiş rayon  sakinləri  ilə  görüş  keçirildi.

Tədbiri  Nəsimi Rayon İcra Hakimiyyəti  başçısının  müavini Anar Tağıyev  açaraq  bildirdi ki,  1986-cı ildə Çernobıl  Atom  Elektrik  Stansiyasında  baş vermiş   qəza  on minlərlə  insanın  faciəsinə  çevrildi.  Həmin  günlər  qəzanın  nəticələrinin  aradan  qaldırılması ilə bağlı  işlərdə  7  min  azərbaycanlı, o cümlədən 139 nəfər  Nəsimi  rayon sakini  də  iştirak  etmişdir.   Onlardan 28 nəfəri  artıq  dünyasını  dəyişmişdir.  Qəzanın  nəticələrinin  aradan  qaldırılması zamanı  sağlamlığını  itirmiş  insanlar  və  həyatdan getmiş  soydaşlarımızın  ailələrinin  qayğı  və  problemləri  daim  dövlətimizin  diqqət  mərkəzindədir.

Ümummilli  lider Heydər  Əliyev  1993-cü  ildə  qəzanın  ləğvində  iştirak etmiş və  zərər  çəkmiş  vətəndaşların statusu və sosial müdafiəsi  haqqında  sərəncam imzalamışdır. Bu  insanların  problemlərinin  həllinə  yönəlmiş iş  bu gün Prezident İlham Əliyev tərəfindən  yüksək  səviyyədə  davam etdirilir.

Çernobıl   Əlilləri  İttifaqı  İctimai  Birliyi  Nəsimi  rayon filialının sədri  Xələf  Həsrətov çıxış edərək  ölkəmizdə  çernobılçılara göstərilən  böyük  diqqət və  qayğıdan  danışdı və buna  görə  dövlət  başçımız  İlham Əliyevə dərin  minnətdarlığını bildirdi. O, bu istiqamətdə  rayon  rəhbərliyinin fəaliyyətini də  xüsusi  qeyd etdi.

Qəzanın  nəticələrinin  aradan  qaldırılmasında  iştirak  etmiş 112 nəfər  rayon sakininə yardım verildi.

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında