Azərbaycan ilə Çinin məhkəmə hüquq sistemləri arasında əlaqələr inkişaf edir

 

 

Azərbaycanda səfərdə olan Çin Xalq Respublikası ədliyyə nazirinin müavini Can Sucunun başçılıq etdiyi nümayəndə heyəti aprelin 26-da Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Ali Məhkəmədən AzərTAc-a bildirmişlər ki, R.Rzayev Azərbaycan ilə Çinin məhkəmə hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, qarşılıqlı əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulamışdır.

Respublikamızda həyata keçirilən məhkəmə hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıran R.Rzayev bu tədbirlərin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapdığını diqqətə çatdırmışdır.  Bildirilmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.

Ali Məhkəmənin sədri Azərbaycan ilə zəngin hüquq ənənələrinə malik olan Çinin məhkəmə hüquq sistemləri arasında işgüzar əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə etmiş, bu səfərin hər iki ölkənin ədliyyə və məhkəmə sistemləri arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğulamışdır.

Can Sucun ölkəsinin Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Nazir müavini qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Çinli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olmuş, Məhkəmə Tarixi Muzeyinə baxmışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında