Suraxanı rayonunda bu ilin birinci rübünə yekun vurulmuşdur

 

 

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir.

İclasda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov  Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  dövlət başçısının nitqinin bəzi məqamlarına toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, ölkə başçısının respublikamızın sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı  dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi  qəbul olunmuşdur.

Natiq qeyd etmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Suraxanı rayonunda da ötən dövr ərzində dövlət və yerli proqramların yerinə yetirilməsi işləri uğurla davam etdirilmişdir. Hesabat dövründə rayonun sənaye müəssisələri tərəfindən 75,9 milyon manat, tikintidə 9,1 milyon manat , nəqliyyatda 3,2 milyon manat  həcmində  iş görülmüş, əsas kapitala 5,1 milyon manat investisiya yönəldilmiş, pərakəndə ticarət dövriyyəsi 61,7 milyon manat təşkil etmiş, 683 yeni iş yeri yaradılmış, orta aylıq əmək haqqı 561 manata  çatdırılmışdır.

İ. Abbasov  2013-cü ilin birinci rübünündə rayonda reallaşdırılan tikinti-quruculuq, abadlıq işlərindən ətraflı bəhs etmişdir. Vurğulamışdır ki, bu ilin mart ayının 29-da Azərbaycan Prezidenti  İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva  rayondakı “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğuna gəlmişlər. Burada 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikinti işlərinin aparılması və 7 ay ərzində başa çatdırılması  dövlət başçısının diqqətinə çatdırılmışdır. Ölkə rəhbəri aparılan bərpa və yenidənqurma işləri ilə yaxından tanış olmuş və müvafiq tapşırıqlarını vermişdir.

Məruzə ətrafında çıxışlar olmuşdur.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirmişdir ki,  Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq-quruculuq işlərinin aparılması, kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində də davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.

Sonda rayona göstərilən diqqət və qayğıya görə İlqar Abbasov dövlətimizin başçısını əmin etmişdir ki, əmək kollektivləri və sakinlər həmişə olduğu kimi, bundan sonra da  ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.

İclasda Milli Məclisin deputatlarından Ağacan Əbiyev və Fərəc Quliyev iştirak etmişlər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında