Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də Rumıniya üçün faydalı olacaqdır

 

 

 Aprelin 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizə səfərə gəlmiş Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmışdır. Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğu bildirilməklə, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilmişdir. Söhbət zamanı görülən işlər və perspektivlər müzakirə edilməklə, energetika, kənd təsərrüfatı, maşınqayırma, ticarət, turizm və başqa sahələrdə, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağı nəzərə çatdırılmışdır.

Daha sonra Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Baş nazir Artur Rasizadə, bəzi beynəlxalq qurumların problemə ikili standartla yanaşdığını xatırlatmış, bunun məsələnin beynəlxalq hüquq normaları çərçivəsində, respublikamızın ərazi bütövlüyünün təmin olunması şərtləri ilə həllinə alternativ olmadığını vurğulamışdır.

Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında