Fəal təlim üsulları və kredit sistemində biliyin qiymətləndirilməsi

Dəyirmi masa arxasında söhbət
Lənkəran Dövlət Universitetindən "Xalq qəzeti" redaksiyasına bildirmişlər ki, burada "Fəal təlim üsulları və kredit sistemində biliyin qiymətləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov tədbiri açaraq təhsil sistemində fəal təlim üsullarının və kredit sistemində biliyin qiymətləndirilməsi rolunu iştirakçıların nəzərinə çatdırdı. Natiq Boloniya prosesinə uyğun olaraq kredit təhsil formasının bu elm ocağında da tətbiq olunduğundan və bunun səmərəli nəticələr verməsindən söhbət açdı. Rektor bildirdi ki, yeni üsul ilk dəfə "Azərbaycan dili və ədəbiyyatı" və "Coğrafiya" ixtisaslarının birinci kurslarında tətbiq olunub. A.İsgəndərov daha sonra qeyd etdi ki, 2009-2010-cu tədris ilindən universitetdə bütün ixtisaslar üzrə tədrisin kredit sisteminə keçilib.
Təhsildə fəal təlim üsulları, kredit sisteminin mahiyyəti və əsas şərtləri müzakirə edildi. Müzakirədə universitetin kimya-biologiya kafedrasının müdiri, dosent Məmmədhüseyn Hüseynov, riyaziyyat-informatika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Mirnamiq Bəşirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov, ixtisasartırma və kadrların yenidən hazırlanması fakültəsinin metodistləri Bəxtiyar Muradxanlı, Şahvələd Rzayev və başqaları iştirak edirdilər.
Dəyirmi masada təhsildə fəal təlim metodlarının tətbiqinin zəruriliyi, tətbiqi üsulları, əlaqədar olaraq tələbə ilə müəllimin bu təlimdə yeri, rolu, əldə etdiyi nəticələr, tədrisin keyfiyyətinə təsiri, universitetin özünütəhlil metodologiyası, təhsil proqramları məzmununun keyfiyyətcə qiymətləndirilməsi və s. məsələlərdən geniş danışıldı. Qeyd edildi ki, universitetdə 2 ildir ki, "Fəal təlim üsulları" kabineti fəaliyyət göstərir.
Deyildi ki, fəal təlim metodu dərsin keyfiyyətinin artırılmasında güclü vasitədir. Yeni üsulla işləmək tələbələrdə biliklərə müstəqil yiyələnmək və yenilikləri əldə etmək, dərslərə yaradıcılıqla yanaşmaq fəallığını artırır, onlarda müsbət rəqabət, əməkdaşlıq və birgə fəaliyyət vərdişləri aşılanır.
Müəllimlərin peşə fəallığının artırılmasına diqqətin zəruriliyindən danışılarkən qeyd edildi ki, Azərbaycan təhsil sistemində yeni tədris metodlarının tətbiqi ilə əlaqədar Lənkəran Dövlət Universitetinin ixtisasartırma və kadrların yenidən hazırlanması fakültəsində müəllimlər üçün təlim kursları açılmışdır.
Son vaxtlar 100-dən çox müəllimə burada təlim keçirilmişdir. Universitet müəllimləri arasında kredit sisteminə aid test təşkil olunmuşdur. Birinci yeri tutanlar mükafatlandırılmışdır.
Kredit sistemi üzrə təhsilin idarə olunmasında informasiya texnologiyalarından daha səmərəli istifadəyə diqqət artmışdır.
Müzakirə zamanı, həmçinin qeyd edildiyi kimi, fəal təlim üsulları və kredit sistemində biliyin qiymətləndirilməsi ilə bağlı lazımi ədəbiyyatlar yoxdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İlham Əhmədov universitetin özünütəhlil metodologiyasından danışdı. Yeni metodologiyada ali məktəblərin fəaliyyəti bal sistemi ilə qiymətləndiriləcəyini bildirdi.
Müzakirədə tələbələr, magistrlər, eləcə də ictimaiyyət nümayəndələri də fəal iştirak etdilər.

{nl}


İsaq ƏMƏNULLAYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında