Çinli mütəxəssislər Azərbaycanın Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasındakı fəaliyyətini yüksək dəyərləndirirlər

 

 

 Aprelin 26-da Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının ədliyyə nazirinin müavini Can Sucun ilə görüşmüşdür.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Çin arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdıran Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının müasirləşdirilməsi üçün görülən işlər barədə ətraflı məlumat vermişdir.

 Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokurorunun aprel ayının əvvəllərində ölkəmizə səfər etdiyini və hər iki dövlətin prokurorluq orqanları arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayan Z.Qaralov hər iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin əlaqələrimizin daha da inkişaf etməsində mühüm rol oynayacağını  bildirmişdir.

Can Sucun hüquq-mühafizə orqanları arasında, eləcə də digər istiqamətlərdə əlaqələrin inkişafı üçün yeni bir səhifənin açıldığını bildirmiş, məhkəmə-hüquq islahatları nəticəsində əldə edilmiş uğurları yüksək qiymətləndirmiş, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulamışdır.

Söhbət zamanı dövlətlərimizin beynəlxalq təşkilatlar, o cümlədən Çinin təşəbbüsü ilə yaradılmış dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarını birləşdirən nüfuzlu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası çərçivəsində faydalı əməkdaşlıq etdikləri diqqətə çatdırılmış və Azərbaycanın Assosiasiyanın işində fəal iştirakı yüksək dəyərləndirilmişdir.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında