Fövqəladə Hallar Nazirliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “dəyirmi masa” keçirmişdir

 

 

Aprelin 26-da Fövqəladə Hallar Nazirliyi (FHN) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “dəyirmi masa” keçirmişdir.

Tədbirdə Milli Məclisin deputatları, FHN-in qurumlarının rəhbərləri və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

“Dəyirmi masa”da çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışmışdır.

Heydər Əliyevin apardığı məqsədyönlü tədbirlər sayəsində Azərbaycanın böyük sənaye ölkəsinə çevrildiyini deyən nazir müavini bildirmişdir ki, ulu öndər müstəqilliyimizin ilk illərində respublikamızı vətəndaş qarşıdurmasından və bir çox təhlükələrdən xilas etmişdir. Ümummilli liderin vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və mülki müdafiə sahəsində də mühüm işlər gördüyü vurğulanmışdır.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil və müasir Azərbaycanın yaradıcısıdır. Məhz onun sayəsində xalqımız siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmışdır. Dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, onun demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət danılmazdır.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ümummilli lider Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında tarixi xidmətlərindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə sevgisi tükənən deyildir. Çünki bu böyük şəxsiyyət bütün şərəfli həyatı boyu xalqına xidmət etmişdir.

Milli Məclisin deputatı Elmira Axundova ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüşdür. Vurğulamışdır ki, ulu öndər uzaqgörən, müdrik insan olmaqla yanaşı, həm də gözəl həmsöhbət idi. Heydər Əliyevin son dərəcə cəsur, qorxmaz bir lider olduğunu qeyd edən E.Axundova demişdir ki, ulu öndərin ən böyük xüsusiyyətlərindən biri cəsarət idi: “O, son dərəcə cəsarətli və qorxmaz şəxsiyyət idi. Hətta dəfələrlə təhlükə ilə qarşı-qarşıya qalsa da, öz kabinetini tərk etməmişdi”.

FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Ulu öndər Heydər Əliyevin fövqəladə hallar orqanlarının yaradılmasındakı rolu”na həsr olunmuş məruzə ilə çıxış etmişdir.

Bildirilmişdir ki, Azərbaycan xalqı özünü  dünyanın ən xoşbəxt xalqlarından saya bilər. Çünki onun öz müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyəti ilə dünyanın nüfuzlu, say-seçmə siyasətçiləri ilə bir sırada özünə əbədi yer almış Heydər Əliyev kimi bir oğlu vardır.

Ulu öndər Heydər Əliyev əhalinin təbii və texnogen xarakterli fəlakətlərdən etibarlı mühafizəsini təşkil etmək üçün mühüm işlər görmüş, ölkəmizə müasir xilasetmə texnikasının gətirilməsini, xilasedici mütəxəssislərin hazırlanmasını diqqət mərkəzində saxlamış, bu sahədə mühüm qərarlar qəbul etmişdir.

Tədbirdə, həmçinin FHN-in ictimaiyyətlə əlaqə idarəsinin multimedia mərkəzinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar hazırladığı “Sən elə bir zirvəsən...” sənədli filmi göstərilmişdir.

Film iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında