Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

 

 

Aprelin 26-da Azərbaycan Respublikası Ali Məhkəməsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev ulu öndərin həyat və fəaliyyəti ilə əlaqədar məruzə etmişdir. Ali Məhkəmənin sədri ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif mərhələlərindən, onun dünya miqyasında böyük siyasətçi, müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusu, milli-mənəvi dəyərlərin müdafiəçisi, paklıq və mənəvi təmizliyin təcəssümü kimi xüsusiyyətlərindən bəhs etmişdir. Natiq ulu öndərin qazandığı ümumxalq məhəbbətini məhz xalqına, Vətəninə, torpağına tükənməz sevgisi, məqsədi, amalı, xalqının xoşbəxt və işıqlı gələcəyi uğrunda mübarizədə heç bir çətinlikdən qorxmadan fədakarcasına fəaliyyət göstərməsi ilə əlaqələndirmişdir.

Məruzəçi qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanmış, 1995-ci ilin noyabrında ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin mənbəyinin xalq olmasını rəsmiləşdirməklə demokratik, hüquqi dövlət quruculuğunun, məhkəmə-hüquq sisteminin əsaslarını, insan hüquq və azadlıqlarının müdafiəsi və təmini üçün hüquqi bazanı müəyyənləşdirmişdir. Konstitusiyada ifadəsini tapan bir çox müddəalar məhz ulu öndər Heydər Əliyevin ideya, hüquqi və fəlsəfi baxışlarının təzahürü olmaqla uzun illər demokratik Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsinə, xalqın firavan həyatına, hər bir Azərbaycan vətəndaşının azad, təminatlı gələcəyinə xidmət edəcəkdir.

Bildirilmişdir ki, ümummilli liderin məhkəmə hakimiyyətinin demokratik dövlət hakimiyyətinin müstəqil qolu kimi bərqərar olması və inkişafı sahəsində islahatların həyata keçirilməsi, məhkəmə hakimiyyətinin gerçəkliyə həqiqi təsir göstərmək imkanının təmini, insanların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin reallığa çevrilməsi üçün tövsiyə və göstərişləri uğurla həyata keçirilmişdir. Hazırda ölkədə üçpilləli məhkəmə sistemi müvəffəqiyyətlə fəaliyyət göstərir, vətəndaşlar üçün məhkəməyə çatımlılığın təmini məqsədi ilə bölgələrdə apelyasiya və ağır cinayət məhkəmələri yaradılmış, inzibati məhkəmələr fəaliyyətə başlamış, hakim korpusu dünya standartlarına cavab verən şəffaf metodlar əsasında formalaşdırılır, məhkəmələrin normal fəaliyyəti üçün maddi-texniki baza yaradılmışdır.

Məruzəçi bu sahədə qazanılmış uğurları məhz ulu öndərin məhkəmə-hüquq sistemində islahatlara, bu sahədə inkişafa verdiyi önəmlə bağlı olduğunu vurğulamışdır.

Ali Məhkəmənin sədri ümummilli lider Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqiyə inamla aparan, dahi rəhbərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.

Konfransda çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında danışmış, xatirələrini söyləmiş, onun irsinin daim yaşayacağını bildirmişlər.

Konfransın sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən  film nümayiş etdirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında