Xaçmazda Dağıstandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə görkəmli alim Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur

 

 

Aprelin 26-da Xaçmazda Dağıstandan gəlmiş nümayəndə heyətinin  iştirakı ilə  görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd  olunmuşdur. 

AzərTAc xəbər verir ki, akademik Zərifə xanım Əliyeva adına 8 nömrəli məktəb-liseydə keçirilmiş geniş yubiley tədbirində Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının rəhbər şəxsləri, qonşu respublikanın təhsil idarəsinin nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın məktəbin həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini anmışlar.

Mərasimdə Milli Məclisin deputatı Arif Əşrəfov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək görkəmli alimin nümunəvi həyat və fəaliyyətindən danışmışlar.

Bildirilmişdir ki, taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində böyük əmək sərf etmişdir.

Çıxış edənlər görkəmli alimin geniş elmi-ictimai fəaliyyətindən danışmış, Zərifə xanım Əliyevanı gözəl insan, qayğıkeş ana, sənətinə vurğun, yüksək mənəvi-etik davranışa malik həkim və pedaqoq kimi dəyərləndirmişlər.

Dərbənd Rayon Təhsil İdarəsinin müdiri Mühiddin Qəhrəmanov Xaçmaza səfərindən məmnun qaldığını və Azərbaycanın onun üçün doğma diyar olduğunu bildirmişdir. O, 2007-ci ildə akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəb-liseyin açılışında iştirak etdiyini vurğulayaraq bu tip tədbirlərdə iştirakın iki qonşu xalq üçün mühüm əhəmiyyətə malik olduğunu söyləmişdir.

Sonra mərasim iştirakçıları Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş rəsm sərgisinə baxmış, akademikin məktəbdə yaradılmış xatirə muzeyinin açılışını etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında