Həmkarlar ittifaqları işçilərinə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi döş nişanı” təqdim edilmişdir

 

 

Aprelin 24-də “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi döş nişanı”na layiq görülmüş həmkarlar ittifaqları işçilərinə mükafatların təqdim edilməsi mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev dövlətimizin başçısının həmkarlar ittifaqına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, qanunvericiliyimizdə işçilərin hüquqlarının qorunması istiqamətində bir sıra mühüm dəyişikliklər edilmişdir.

Səttar Mehbalıyev vurğulamışdır ki, AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən, həmkarlar ittifaqının 132 nəfər üzvü sosial-iqtisadi hüquq və mənafelərin təmin olunması istiqamətində gördükləri işlərə və həmkarlar ittifaqının fəaliyyətində yaxından iştiraklarına görə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi döş nişanı”na layiq görülmüşdür.

Sonra döş nişanları sahiblərinə təqdim edilmişdir.

Yubiley döş nişanına AzərTAc-ın Həmkarlar İttifaqı Komitəsinin sədri Ağaqulu Niftəliyev də layiq görülmüşdür.

Mükafat alanlar çıxış edərək həmkarlar ittifaqları işçilərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında