Səbailli çernobılçılarla görüş keçirilmişdir

 

 

Hər il aprel ayının 26-da  MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrində 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş  qəzanın ildönümü qeyd olunur. Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləmişdi.

Bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının   ildönümü ilə bağlı  Səbail Rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilmişdir. Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci  müavini Xalidə Bayramova  bildirmişdir ki, bu dəhşətli qəza nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. Ukrayna və Belorusda 300 min nəfər öz yaşayış yerlərini tərk etmişdir.

II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının  fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan “Sarkofaq” əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdur. 1986-cı ildə Azərbaycandan da 7 mindən çox insan  bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdü. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunmuşdur. Hadisədən artıq 27 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.

Görüşdə bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə dövlət qayğısı, onların pensiya və müavinətləri  ölkə başçısı İlham Əliyevin səyləri nəticəsində artırılmış, əlillərin müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.   

 Toplantıda qeyd olunmuşdur ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 90 nəfərin 46-sı müxtəlif dərəcəli əlildir. Son 2 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 1 nəfər minik avtomobili ilə təmin olunmuş, 32 nəfər sanatoriyaya göndərilmişdir. Bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılmışdır. 

 Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.

R.TAHİR,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında