ABŞ-ın nüfuzlu CNN telekanalında Azərbaycan haqqında növbəti reportaj yayımlanmışdır

ABŞ-ın nüfuzlu "CNN International" telekanalı iyulun 12-də Azərbaycana həsr edilmiş reportaj yayımlamışdır.
Bu televiziyanın "World View" xəbər verilişində Azərbaycanın ANS telekanalının hazırladığı və ölkəmizin iqtisadi inkişafından bəhs edən sujet çoxmilyonlu beynəlxalq auditoriyaya çatdırılmışdır.
Verilişdə bütün dünyanı qlobal maliyyə böhranının bürüməsi fonunda Azərbaycanın ötən ili iqtisadi artımla başa vuran azsaylı ölkələrdən biri olması xüsusı vurğulanmışdır. Bundan əlavə, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi sürətlə inkişaf edən özəl sektorun timsalında nümayiş etdirilmişdir. Telereportajda Bakıdakı "Sədərək" ticarət mərkəzinin yalnız Azərbaycanın deyil, bölgənin digər ölkələrinin iş adamları üçün də alış-veriş nöqtəsinə çevrilməsi, paytaxtda aparılan irimiqyaslı abadlıq və quruculuq işləri, yeyinti sənayesinin sürətli inkişafı vurğulanmış, sahibkarlarla müsahibələr nümayiş olunmuşdur.
Verilişin müəllifi tanınmış jurnalist Sevinc Osmanqızıdır.
"World View" proqramı CNN kanalında ən uzunömürlü xəbər proqramlarından biri olaraq 1987-ci ildən efirdədir. 1998-ci ildən indiyədək proqram Azərbaycan haqqında mütəmadi olaraq verilişlər hazırlamışdır. Mövzular arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı, 20 Yanvar faciəsi və zaman-zaman xalqımızın başına gətirilmiş digər müsibətlər üstünlük təşkil etmişdir. Bu mövzular Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına şərait yaratmışdır.

{nl}


Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında