Bakıda yeni çoxzolaqlı avtomobil yolunun layihəsi hazırlanır

 

 

Bakı şəhərinin “Gənclik” metro stansiyası yaxınlığında tikilən yol qovşağı artıq bu ilin avqust ayında istifadəyə veriləcək. “APA-Economics”in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir.

Onun sözlərinə görə, yeni yol qovşağında müasir texnologiyadan istifadə olunmaqla 6 yeraltı tunel inşa edilir. Bundan başqa, Bakıda 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq, Heydər Əliyev prospektinə paralel alternativ yol çəkilir: “Dövlət başçısı bununla bağlı qərar qəbul etmişdir və hazırda sözügedən yolun layihəsi hazırlanır”.

Yeni yol dövlət başçısının “Gənclik” metro stansiyası yaxınlığında yerləşən iqamətgahı qarşısından başlayaraq, Gön Dəri Zavodunun yerləşdiyi ərazidən və yeni tikilən stadionun arxasından keçərək Zabrat yol qovşağına birləşəcək. Bu yol çoxzolaqlı və birinci dərəcəli yol olacaq.

Z.Məmmədov vurğulamışdır ki, Azərbaycana hər il 100 mindən artıq nəqliyyat vasitəsi gətirilir və bunun böyük hissəsi Bakı şəhərində istifadə olunur. Buna görə də şəhərin nəqliyyat sisteminin daim təkmilləşdirilməsinə ehtiyac yaranır. Nazir “Şəfa” stadionunun yaxınlığında piyada keçidinin və Heydər Əliyev prospektini kəsən tunelin tikildiyini də qeyd etmişdir. Onun sözlərinə görə, bu tunel Z.Bünyadov prospektində hərəkət edən avtomobillərin Babək prospektinə çıxışını asanlaşdıracaq və bununla da paytaxtın mərkəzindəki nəqliyyat gərginliyini aradan qaldıracaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında