AzərTAc-ın əməkdaşları və Finlandiya-Azərbaycan Assosiasiyasının üzvləri Finlandiya parlamentində görüş keçirmişlər

 

 

Aprelin 24-də AzərTAc-ın Finlandiyaya ezam olunmuş əməkdaşları Aygün Həsənova və Elşən Şahbalayev, Finlandiya-Azərbaycan Assosiasiyasının sədri Vasif Muradlı və təşkilat sədrinin müavini Arzu Oqtay Eduskuntuda (Finlandiya parlamenti) görüş keçirmişlər.

Görüşdən öncə azərbaycanlı qonaqlar və assosiasiyanın üzvləri Eduskuntanın iclasında iştiraka dəvət edilmişlər. Parlamentin spikeri Eero Heynyaluomanın sədrliyi ilə keçən iclasda Finlandiyada işçilərin əmək hüquqlarının qorunması, iş yerlərində təhlükəsizlik məsələləri müzakirə olunmuşdur.

Sonra Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Eero Lehti ilə görüş olmuşdur. Görüşdə Azərbaycan və Finlandiya arasında münasibətlərin inkişafından, ötən ilin noyabrında Finlandiya parlamentində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan dinləmələrdən danışılmışdır. Deputat iqtisadi sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulamışdır. Eyni zamanda parlamentin deputatı ilə Finlandiyada yaşayan azərbaycanlıların təşkilatı məsələlərinin həlli də müzakirə edilmişdir. Eeri Lehti azərbaycanlıların Helsinkidə təşkil edəcəyi tədbirlərdə məmnuniyyətlə iştirak edəcəyini bildirmişdir.

Sonda AzərTAc-ın əməkdaşları Eero Lehtiyə özləri ilə gətirdikləri Azərbaycanın mədəniyyəti, tarixi, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında kitablar təqdim etmişlər. Deputat bu kitabların Azərbaycanı təbliğ etməkdə zəruri vəsait olduğunu bildirmişdir. O, Azərbaycandan gətirilən kitablara görə AzərTAc-ın əməkdaşlarına minnətdarlığını bildirmişdir.

Görüşdə Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yaranmasının təşəbbüskarı, parlamentin deputatı Markus Mustayarvi də iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında