General-leytenant Əliağa ŞIXLİNSKİNİN anım mərasimi

 

 

Bu günlərdə  general-leytenant Əliağa

Şıxlinskinin anadan olmasının 150-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə   Azərbaycan Qızıl Aypara

Cəmiyyətinin rəhbərliyi və kollektivi, cəmiyyətin könüllüləri iştirak ediblər.

Anım mərasimində çıxış edən  Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə bildirdi ki, Əliağa Şıxlinski  Azərbaycan ordusunun formalaşmasında böyük rol oynayıb.  General-leytenant görkəmli hərbi xadim olmaqla yanaşı, Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində baş verən kütləvi, insan həyatı üçün təhlükə yaradan xəstəliklərin qarşısının alınması məqsədilə zəruri tibbi-sanitar dəstələrin yaradılması üçün dövlət qarşısında məsələ qaldıraraq, onun həllinə nail olmuşdur.  Onun xanımı Nigar Şıxlinski  Qırmızı Xaç Hərbi Xəstəxanasına Başçılıq Edən Komitənin sədri seçilmiş, yüzlərlə xəstənin müalicə edilməsində yaxından  köməklik göstərmişdir.

Tədbirdə cəmiyyətin rayon bölmələrinin sədrləri və digər iştirakçılar general-leytenant  Ə.Şıxlinski haqqında söz açdılar. Natiqlər Ə.Şıxlinskinin  gördüyü işlərdən,  onun gərgin əməyi nəticəsində Qızıl Aypara Cəmiyyətinin təşkilat kimi formalaşmasından və  bugünkü fəaliyyətindən danışdılar.   Sonda tədbir iştirakçıları  Ə.Şıxlinskinin barelyefi  üzərinə gül dəstəsi qoydular.

Ülviyyə VAHİDQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında