İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktoru seçilmişdir

 

 

Aprelin 23-də Milli Televiziya və Radio Şurasında (MTRŞ)  İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRYŞ)  baş direktoru vəzifəsinə seçki keçirilmişdir.

Tədbirdə çıxış edən MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli bildirmişdir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatmışdır. “İctimai Televiziya və Radio Yayımı haqqında”  Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şirkətin baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim olunmuşdur.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli qeyd etmişdir ki, seçki 8 şura üzvünün iştirakı ilə keçirilir. Şirkətin baş direktoru vəzifəsinə 4 iddiaçı - Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu, Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim etmişlər.

Seçki başlamamışdan əvvəl İTRYŞ-nin baş direktoru vəzifəsinə namizədlər öz platformalarını təqdim etmişlər.

Daha sonra Yayım Şurasının üzvləri tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktorunun səsvermə yolu seçkisi keçirilmişdir.

 “Mədəniyyət” telekanalının rəhbəri Cəmil Quliyev İTRYŞ-nin yeni baş direktoru seçilmişdir.

Cəmil Quliyev qeyd etmişdir ki, fəaliyyəti zamanı  azərbaycançılıq ideyalarını və professionallığı əsas götürəcəkdir: “Bu işdə İTV-nin çox böyük rolu ola bilər. İctimai TV-nin cəmiyyətə nüfuz etmək baxımından imkanları daha genişdir. Mənim əsas niyyətim insanların milli şüurunu, bədii zövqünü qorumaqdır. Televiziya cəmiyyətin zövqünün formalaşdıran əsas qurumdur”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında