Hakimliyə namizədlər üçün təşkil olunmuş birillik tədris kursu başa çatmışdır

 

 

Hakimlərin Seçki Komitəsində (HSK) hakimliyə namizədlər üçün təşkil olunmuş birillik tədris kursunun nəticələri açıqlanmışdır.

HSK-dan AzərTAc-a bildirmişlər ki, Ədliyyə Akademiyasında keçirilmiş kurs zamanı namizədlərin hakim olmaq üçün zəruri biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilmiş, insan haqlarının etibarlı müdafiəsi, Avropa məhkəməsinin presedent hüququ, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual mövzular prioritet təşkil etmişdir.

Təcrübəli hakimlərin və nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən kurs çərçivəsində namizədlər yarım il ərzində müxtəlif məhkəmələrdə staj keçmiş, həmçinin Türkiyə Ədliyyə Akademiyası ilə əldə olunmuş razılaşmaya əsasən bütün namizədlər üçün qardaş ölkədə insan haqlarına dair yarım aylıq kurs və məhkəmə təcrübəsi təşkil olunmuşdur.

Kursun başa çatması ilə əlaqədar təşkil olunmuş iclasda tədris kursunun müvəffəqiyyətlə başa çatması vurğulanmış, onun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə yazılı imtahanın keçirilməsi ilə bağlı məsələyə baxılmışdır.

 

İmtahanın mayın 3-də, saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilməsi qərara alınmışdır.

AzərTAc 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında