Polşa-Azərbaycan “Dostluq” abidəsinin açılışı olmuşdur

 

 

Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540, bərpasının 20 illiyi ilə əlaqədar “Dostluq” abidəsinin açılışı və Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam konserti keçirilmişdir. Bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Polşaya səfər edib.

Nümayəndə heyətinə abidənin müəllifləri – xalq rəssamı Salxab Məmmədov və əməkdar rəssam Əli İbadullayev, əməkdar incəsənət xadimi, heykəltəraş Akif Əsgərov, incəsənət ustaları – əməkdar artist Təyyar Bayramov (xanəndə), Arzu Əliyeva (xanəndə), Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), digər şəxslər daxildir.

Qeyd edək ki, Azərbaycan-Polşa münasibətləri qədim tarixə söykənir. XV əsrin sonlarına yaxın Ağqoyunlu ilə Reç Pospolita dövlətləri arasında məktublaşmalar aparılıb, qarşılıqlı səfərlər təşkil edilib. Gəncə, Bakı, Zaqatala və Quba şəhərlərində vaxtilə polyak icmasının inşa etdiyi katolik kilsəsi və digər tikililər bu gün dövlət tərəfindən qorunub saxlanılmaqdadır.

“Dostluq” abidəsinin ümumi kompozisiyasına gəldikdə, o, üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunub. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın çöl tərəfində ümummilli lider Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə Roma papası II İohann Pavelin Azərbaycan haqqında dediyi sözlər yazılıb. Abidənin hündürlüyü 3,5 m, eni 1,7 metrdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında