Hər bir xalqın tarixi şans və milli iradə əsasında müstəqil dövlət qurmaq istəyini gerçəkləşdirməsi ilk növbədə lider fenomeni ilə bağlı olub, onun yaradıcı təfəkkürünün, siyasi əzminin, yüksək intellektinin, qətiyyətinin və dövlətçilik səriştəsinin məhsulu olan dövlətçilik modelinə əsaslanır. Bəşər övladının əsrlər boyu ədalətli, sivil və hüquqi dövlətdə yaşamaq idealının gerçəkliyə çevrildiyi ictimai-iqtisadi formasiya kimi üstün mövqelərini bu gün də qoruyan demokratiya belə, lider fenomeninin müasir fəlsəfi-siyasi fikirdəki yerini və mövqeyini qətiyyən zəiflətmir.
Ümummilli lider Heydər Əliyev də məhz elə fenomen liderlərdən biri olaraq Azərbaycanın həqiqi mənada demokratik və hüquqi dövlətə çevrilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmiş, insan hüquq və azadlıqlarına sadiqlik nümayiş etdirmişdir. İnsan hüquqlarını müxtəlif iqtisadi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyada toplumları, xalqları, cəmiyyətləri birləşdirən, onlara humanist dəyərlər aşılayan əsas meyar kimi dəyərləndirmişdir. Heydər Əliyevin bu sahədəki fəaliyyəti təkcə ayrı-ayrı fərdlərin, kütlələrin deyil, bütöv bir xalqın hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Məhz bu zəngin mənəvi keyfiyyətləri sayəsində ulu öndər ictimai fikirdə xilaskarlıq mücəssəməsinə çevrilmişdir. 1993-cü ilin iyununda canı, qanı bahasına əldə etdiyi müstəqilliyin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos və anarxiya burulğanına sürüklənən müdrik xalqımız çıxış yolunu məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtmasında görmüşdür. Ümummilli lider xalqın təkidli çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə vətəndaş sülhünə və həmrəyliyinə, respublikamızın başı üstünü almış digər ciddi təhlükələrin aradan qaldırılmasına nail olmuşdur. Ümummilli lider Heydər Əliyev sabitliyin bərpası ilə yanaşı, hüquqi dövlət quruculuğunu ilk gündən həyata keçirdiyi siyasətin üstün istiqaməti kimi önə çəkmişdir. Məhz bunun nəticəsində ulu öndərimizin Azərbaycan polisi haqqında dediyi kəlamlar buna sübutdur. “Mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi, Azərbaycan polisinə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyada öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimizin tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq”.
Ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm inkişaf tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşmişdir. Fərmanda cəmiyyətdə ciddi sosial bəlaya çevrilmiş rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurduğu vurğulanmış, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər əksini tapmışdır.
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyanın keçid müddəalarında Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq bir sıra demokratik hüquqi islahatların həyata keçirilməsi öhdəlik kimi qəbul edilmiş, bu öhdəliyin yerinə yetirilməsi yönündə bir sıra mühüm addımlar atılmışdır. Məhkəmə-hüquq islahatları istiqamətində aparılan tədbirlər sırasında 21 fevral 1996-cı il tarixdə hüquq-islahat komissiyasının yaradılmasını, “Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997-ci il, “Konstitusiya məhkəməsi haqqında” 21 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunlarını, həmçinin, “Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli və “Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli fərmanları, həmçinin 2000-ci ildə demokratik əsaslarla keçirilmiş hakim seçkilərini xüsusilə qeyd etmək lazımdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yardılması və əfvetmə institutunun bərpası da ulu öndər Heydər Əliyevin necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü təsdiqləyir. Bu humanizmin nəticəsidir ki, son 10 ildə respublikada əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Müqayisə üçün bildirək ki, o vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər də analoji addımı hələ atmamışdı. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.
28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbulu da respublikamızda insan hüquq və azadlıqlarının etibarlı təminatına xidmət etmişdir. 2 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikasının ilk Ombudsmanı seçilmiş, 28 oktyabr 2002-ci il tarixdən insan hüquqları və azadlıqlarının bərpası istiqamətində fəaliyyətə başlanmışdır.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu da tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Bu qanun Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsi vəziyyətini “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğunlaşdırılması məqsədi daşımışdır.
Ulu öndər Heydər Əliyevin humanizmə və yüksək insanpərvərliyə əsaslanan hüquqi islahatlarını son beş ildə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsini davamlı prosesə çevirməyə nail olmuşdur. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan mütərəqqi yeniliklər zamanın tələbi ilə səsləşmiş, cəmiyyətin inkişaf ahənginə adekvat olmuş, ən başlıcası, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini özündə maksimum ehtiva etmişdir. Ötən müddətdə respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsnasında insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti həm də daxili işlər orqanlarına qayğı və diqqət nümunələri ilə zəngindir. Dövlət başçısının 30 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət proqramının təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasında daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında” sərəncamları, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında” fərmanı daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. DİN-in bütün strukturları fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun qurmaqla, dövlət başçısı İlham Əliyevin fərmanlarından, tövsiyə və tapşırıqlarından irəli gələn məsələləri əzmlə, qətiyyətlə yerinə yetirməyə çalışırlar.
Vüqar SƏRDAROVƏdalətə və humanizmə əsaslanan mütərəqqi islahatların müəllifi

Vüqar SƏRDAROV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.