Baş Prokurorluğun əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ağacəkmə kampaniyası keçirmişlər

 

 

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmiş, genişmiqyaslı tədbirlər həyata keçirmişdir.

Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən müəyyən olunmuş ekoloji siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bununla əlaqədar olaraq 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan olunmuş və ətraf mühitin mühafizəsində mühüm rol oynayan davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun tədbirlər planına uyğun olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən tədbirlərin davamı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə aprelin 20-də ağacəkmə kampaniyası keçirilmişdir.

Prokurorluğun bütün əməkdaşları bu kampaniyada fəal iştirak etmişlər. Ağacəkmə kampaniyası çərçivəsində Suraxanı rayonu ərazisində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının rayon ərazisindən keçən hissəsində 3 hektar ərazidə iki min beş yüzdən artıq eldar şamı və zeytun ağacları əkilmişdir. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların daha yaxşı təbii inkişafı üçün mineral gübrələrdən istifadə olunmuşdur.

Əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında