Daxili işlər naziri Şəki Şəhər Polis Şöbəsində vətəndaşlarla növbəti qəbul keçirmişdir

 

 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar aprelin 19-da və 20-də Şəki Şəhər Polis Şöbəsində vətəndaşlarla növbəti qəbul keçirmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ rayonlarının sakinləri, eyni zamanda, bu bölgədə məskunlaşmış Kəlbəcər, Laçın və Xocalıdan olan məcburi köçkünlər iştirak etmişlər. Nazir vətəndaşların rəy və təkliflərini dinləmiş, onların müraciətlərinin operativ şəkildə həll edilməsi üçün aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir.

Qəbulda iştirak etmiş 61 nəfərin müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmış, polisin fəaliyyətinə aid olmayan 15 ərizəyə baxılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı, onların obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi sakinlərin nəzərinə çatdırılmışdır.

Bölgə sakinləri və məcburi köçkünlər Azərbaycan Prezidenti  İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinə yerlərdə vətəndaşlarla görüşlərin keçirmələri, müraciətlərə, ərizə və şikayətlərə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığını dəstəklədiklərini, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərdiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını  bildirmişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında