Bakıda türk yeməkləri festivalı

 

 

 “Hilton-Baku” mehmanxanasının  banket zalında Türk Yeməkləri Festivalının rəsmi açılışı olmuşdur.

Tədbirin məqsədi Azərbaycanı dünyaca məşhur Türkiyə mətbəxi və onun zənginlikləri ilə daha yaxından tanış etmək, ölkənin ayrı-ayrı  bölgələrinin süfrə mədəniyyətini tanıtmaq idi. Egey dənizi bölgəsinin məşhur sevketli bostan, cənub qərbdən künefe və çiy köftə və şimal bölgəsinin  hamsili plovu və bir sıra başqa dadlı təamlar qonaqlara təqdim olunmuşdu.

Tədbir çərçivəsində səthi əl işləri olar ebru sənətinin nümunələri də nümayiş olunmuşdur.  Ebru əslində miniatür, xəttatlıq, sulu rəngli boya və mərmərlə dekorasiya sənətinin ahəngidir. Bakıya məhz bu sərgi üçün təşrif buyurmuş Hulya Ərdəm və Əsilhan İsgəndərə məxsus sənət əsərləri “Hilton-Baku” otelinin foyesində  həftəsonuna qədər sərgilənəcəkdir.

  İzmir bölgəsinin məşhur müğənnisi Sevinc xanım Yurdemin və onun musiqi qrupunun ifası tədbirə xüsusi bir ahəng verdi. Hər kəsi səsi ilə məftun edən Sevinc xanım bütün həftə boyunca Türk Yeməkləri festivalında iştirak  etdirəcəkdir. Festival 20 aprel tarixinə kimi  canlı musiqi və ləziz təamlarla davam edəcəkdir.

Milli Məclis üzvülərinin, dövlət təşkilatı nümayəndələrinin, səfirlər və bir sıra mötəbər qonaqlarların da iştirak etdiyi festivalın təşkilatı dəstəyi “Türk  Hava Yolları” şirkətinə və şəxsən Türkiyənin Azərbaycandakı səfiri cənab Alper Coşkuna  aiddir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında