Azərbaycanda sürücülük vəsiqəsinin itirilməsinə görə tətbiq olunan cərimə ləğv edildi

 

 

Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilmişdir.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən plenar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik olunmuşdur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliyi təqdim edərək bildirmişdir ki, artıq Azərbaycanda “ASAN Xidmət” mərkəzləri fəaliyyətə başlamışdır və orada ödəniş etmədən sürücülük vəsiqəsini əldə etmək olar.

Qeyd edək ki, əvvəl qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında