Azərbaycan Memarlar İttifaqı və Bresser Eurasia BV Holland şirkəti anlaşma memorandumu imzalayıb

 

 

Azərbaycan Memarlar İttifaqı və Bresser Eurasia BV Holland şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə və Bresser Eurasia BV şirkətinin rəhbəri Leon Sveyxers imzalamışdır. Xatırladaq ki, bu, Azərbaycan Memarlar İttifaqının xarici şirkətlə imzaladığı ilk sənəddir.

Sənəd müxtəlif sahələrdə qarşılıqlı münasibətləri, xüsusilə Azərbaycan şəhərlərinin tikinti-bərpa potensialının artımına dəstək, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq, mühəndis və inşaat sahəsində təcrübə mübadiləsi, həmçinin müxtəlif xarakterli birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

“Azərbaycanda uğurlu fəaliyyət, həmçinin sahibkarlıq sahəsində çalışmaq üçün bütün şərtlər yaradılıb. Biz əməkdaşlığa acığıq” – deyə Qasımzadə qeyd edib.

“Tərəfimizdən imzalanan memorandum, münasibətlərimizdə mühüm addımdır. Biz öz təcrübəmizi bölüşməyə hazırıq və Azərbaycanda qabaqcıl texnologiyamızı nümayiş etdirmək imkanına malik olduğumuz üçün şadıq”- deyə Sveyxers söyləmişdir.

 Xatırladaq ki, Bresser Eurasia BV Holland şirkəti Bakının Füzuli küçəsində yerləşən binanın relokasiyası (köçürülməsi) üzrə layihənin icraçısıdır. Texnoloji proses, binanın bir neçə millimetr qaldırılması və binanın altında quraşdırılmış 210 hidravlik qurğunun köməyi ilə köçürülmə zamanı binanın yerdəyişməsini nəzərdə tutur. Binanın köçürülməsi bu qurğuların yerini dəyişməsi ilə mümkün olacaq. Şirkət bu sahədə 30 illik iş təcrübəsinə  malikdir və onun  tərəfindən köçürülən binaların sayı 35-dən artıqdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında