Rabitə və informasiya texnologiyaları naziri Gəncədə bu şəhərdən və ətraf rayonlardan olan vətəndaşları qəbul etmişdir

 

 

Aprelin 19-da rabitə və informasiya texnologiyaları naziri

Əli Abbasov Gəncədə bu şəhərdən, həmçinin Tovuz, Qazax,

Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy və

Gədəbəy rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Ə.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilən bu qəbulların səmərəsindən danışaraq demişdir ki, nazirlik bu görüşə bir ay əvvəldən hazırlaşmışdır. Bu müddət ərzində 100-dən artıq vətəndaş nazirliyə müraciət etmişdir. Onlardan 22-nin müraciəti müsbət həll olunmuş, 3-ü məhkəmə prosesi ilə əlaqədar həlli müvəqqəti dayandırılmış, 2-si isə struktura aid olmadığı üçün həll edilməmişdir. Nazirliyin saytına daxil olan müraciətlərin bir qismində problemlərin həlli ilə bağlı minnətdarlıqlar da ifadə edilmişdir.

Nazir Əli Abbasov respublikamızın rabitə və informasiya sistemində görülən və görülməsi nəzərdə tutulan məsələlərə toxunarkən qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən, ölkənin bütün ərazilərinin telefonlaşdırılması, davamlı və genişzolaqlı internet şəbəkəsi yaradılması üçün 400 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Bundan əlavə, dövlətimizin başçısı tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə bağlı bu sahədə bir çox qlobal işlərin icrasına başlanılmışdır. Bu proqramda kadr hazırlığı, yeni texnologiyaların tətbiqi də nəzərdə tutulmuşdur.

Görüşdə vətəndaşların müraciəti dinlənilmiş, onlardan bəziləri yerindəcə həll edilmiş, bəziləri isə nəzarətə götürülmüşdür.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında