Ədliyyə naziri Fikrət Məmmədov aprelin 25-də Xaçmaz şəhərində şimal bölgəsinin sakinləri ilə görüşəcəkdir

 

 

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov aprelin 25-də Xaçmaz şəhərində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşlarla görüşəcəkdir.

Ədliyyə Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı region sakinlərinin rəy və təklifləri dinləniləcəkdir.

Nazirlə görüşmək istəyən vətəndaşlar Ədliyyə Nazirliyinin [email protected] elektron poçt ünvanı, 539-75-39 (2104), 055-925-37-41 nömrəli telefonlar, habelə Xaçmaz regional ədliyyə şöbəsi (telefonu: (02332) 5-18-88; 050-679-37-06; Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 10a) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək görüşünə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında