Fövqəladə hallar naziri Sumqayıtda vətəndaşları qəbul etmişdir

 

 

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq aprelin 19-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində gün ərzində aparılan qəbul zamanı Abşeron və Xızı rayonlarının, həmçinin Sumqayıt şəhərinin sakinləri nazirə onların narahatlığına səbəb olan məsələlərlə bağlı müraciət etmişlər.

 Vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə nazirin  qəbuluna qeydiyyat aprelin 15-dən başlanılmışdır.

 FHN-in tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda bölgədə yaşayan vətəndaşların müxtəlif  səpkili müraciətlərinə baxılmış, onların şikayət və təklifləri dinlənilmişdir.

Müraciətlərin bir qismi elə yerindəcə həllini tapmışdır. Qəbul zamanı, həmçinin bəzi vətəndaşların şəxsi problemlərinə də baxılmışdır. Həmçinin vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan sahələrlə bağlı qaldırdıqları məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında