“Beynəlxalq Yer Günü” çərçivəsində gənclərlə görüş keçirilmişdir

 

 

22 aprel “Beynəlxalq Yer Günü”nün qeyd olunması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda tədbir keçirilmişdir.

Görüşdə Bakı Dövlət Universitetinin, Memarlıq və İnşaat Universitetinin, Texniki Universitetin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının ətraf mühitin mühafizəsi sahəsində təhsil alan  tələbələr iştirak etmişlər.

Tədbir iştirakçıları ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qazanılmış uğurların əhalinin ekoloji dünyagörüşündə müsbət dəyişikliklərə səbəb olması ilə yanaşı, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərdə ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaradıldığını qeyd etmişlər.

Görüşdə həmçinin, ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması istiqamətində ölkədə həyata keçirilən fəaliyyətdə gənc nəslin iştirakı müzakirə edilmişdir.

İctimai müzakirədə ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun əhəmiyyəti xüsusi vurğulanmış, dövlət orqanları ilə yanaşı ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılmışdır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında