"SİNAM" ilin ən yaxşı informasiya texnologiyaları şirkəti elan olundu

{nl}

"SİNAM" şirkəti ilin ən yaxşı şirkəti nominasiyası üzrə Xəzər Enerji İnteqrasiya-2010 (Caspian Energy İnteqration Award-2010) mükafanı qazanıb. Şirkət bu mükafata dövlət idarəçiliyi sistemində informasiya texnologiyalarının tətbiqi sahəsində layihələrdəki iştirakına görə layiq görülüb. "SİNAM" şirkətinin bu sahədəki fəaliyyəti Azərbaycanda "elektron hökumət"in daha səmərəli qurulmasına imkan yaratmışdır. Mükafat Xəzər İnformasiya Biznes Klubu tərəfindən verilmiişdir.
Məlumat üçün bildirək ki, əsası 1994-cü ildə qoyulmuş "SİNAM" şirkəti kompyuter bazarında və telekommunikasiya texnologiyaları sahəsində özünü etibarlı və ciddi partnyor kimi tanıtmışdır.
Şirkət Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında ən iri sistem inteqratorlarından biridir. O, dünyanın aparıcı şirkətləri sırasına daxil olan tərəfdaşlarının təcrübəsindən istifadə edərək müxtəlif sahələr üçün bir sıra dəyərli layihələr hazırlamışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında