Həştərxan vilayətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir

 

 

Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanda deyil, beynəlxalq arenada da böyük nüfuza sahib olan görkəmli dövlət xadimidir. Bununla əlaqədar dünyanın bir sıra ölkələrində bu dahi  şəxsiyyətin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Xüsusilə də ulu öndər Heydər Əliyevin fəaliyyəti və gördüyü işlər keçmiş SSRİ məkanında bir daha xatırlanır və yüksək qiymətləndirilir.

Bu tədbirlərin keçirilməsində Rusiya Federasiyasının Həştərxan vilayəti xüsusi miqyası və fəallığı ilə seçilir.

AzərTAc Həştərxan Vilayət Administrasiyasının astmid.ru saytına istinadla xəbər verir ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi məqsədilə vilayətin qubernatoru A.Jilkin tərəfindən xüsusi tədbirlər planı təsdiq edilmişdir.

Xüsusi tədbirlər planına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxan Vilayət Administrasiyası, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsi ilə birgə silsilə tədbirlər keçirilir.

Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin şagirdləri arasında Azərbaycan xalqının ümummilli liderinə həsr olunmuş rəsm, “Biz Heydər Əliyev irsini öyrənirik” mövzusunda inşa və məktəbdə yerləşən “Rusiya-Azərbaycan dostluğu” muzeyinin ən yaxşı bələdçisi müsabiqələrinə başlanmışdır. Habelə məktəbdə ulu öndər Heydər Əliyevə həsr olunmuş xüsusi dərslərin, “Məktəbimizi daha təmiz edək” şüarı altında dostluq iməciliyinin keçirilməsi planlaşdırılır.

Eyni zamanda, Həştərxanın yerli telekanallarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi, Heydər Əliyev parkında dostluq iməciliyinin keçirilməsi və Heydər Əliyev adına açıq “Wi-Fi” zonasının yaradılması, “Yad övladlar olmur” şüarı altında Həştərxan şəhərinin uşaq evlərinin birində xeyriyyəçi aksiyanın, şagirdlər arasında şahmat turnirinin keçirilməsi, həmçinin Həştərxan Dövlət Universitetində “Gənclər - bizim gələcəyimiz” mövzusunda “dəyirmi masa”nın keçirilməsi nəzərdə tutulmuşdur.

Mayın 15-də vilayətin rəhbərliyinin, Azərbaycanın nümayəndə heyətinin, diaspor təşkilatlarımızın üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ulu öndərin Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoyulması, yubiley tədbirinin keçirilməsi, yuxarıda qeyd olunmuş müxtəlif müsabiqələrin qaliblərinin Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılması planlaşdırılır.

Təntənəli mərasim möhtəşəm konsert proqramı və atəşfəşanlıqla yekunlaşdırılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında