İnam KƏRİMOV: “Yay aylarına qədər Bakının bütün əhalisi ”Asan xidmət” mərkəzlərinin xidmətlərindən bəhrələnəcək"

 

 

“1 saylı “Asan xidmət” mərkəzi fəaliyyətə başlayandan bu günə qədər 60 minə yaxın vətəndaşa xidmət göstərmişdir. Ölkə prezidentinin tapşırığına əsasən, bu ilin yay aylarına qədər Bakı şəhərinin bütün əhalisi “Asan xidmət” mərkəzlərinin xidmətlərindən bəhrələnə biləcəklər”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov demişdir. Onun sözlərinə görə, may ayı ərzində Bakıda 2 saylı Xətai “Asan xidmət” mərkəzinin açılması nəzərdə tutulur. May ayı ərzində Sumqayıtda 2 “Asan xidmət” mərkəzi açılacaq. Bu mərkəzlər təkcə Sumqayıta deyil, Xızı, Şabran, Siyəzən və Abşeron rayonlarının əhalisinə də xidmət göstərəcək.

İ.Kərimov demişdir ki, bu il Gəncədə də “Asan xidmət” mərkəzinin açılması nəzərdə tutulur: “Asan xidmət" mərkəzlərində 25 xidmət və 22 funksional xidmət göstərilir. Əgər gələcəkdə ölkə prezidenti tərəfindən bu xidmətlərin siyahısına dəyişiklik edilərsə, “Asan xidmət” mərkəzlərində buna uyğun olaraq vətəndaşlara yeni xidmətlər də göstəriləcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında